Ağayev İtaliyanın iki futbolçusunu cəzalandırdı

Ağayev İtaliyanın iki futbolçusunu cəzalandırdı

19 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində 2-ci tura start verilib. 

Fanat.az xəbər verir ki, Almaniyadakı yarışda Azərbaycanın yeganə təmsilçisi olan FIFA referisi Əliyar Ağayev baş hakim kimi ilk matçına çıxıb.

 

İlk turda dördüncü hakim funksiyasını yerinə yetirən ədalət təmsilçimiz az öncə başa çatan İtaliya - Avstriya qarşılaşmasında fit çalıb. Bu görüş 1:1 hesabı ilə başa çatıb.

 

Ağayev bu qarşılaşmada 5 sarı vərəqə göstərib. 2 dəfə İtaliya millisini cəzalandıran referi avstriyalılara 3 xəbərdarlıq edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər