A Seriyasının debütantı MS-nin futbolçusu ilə gücləndi

A Seriyasının debütantı MS-nin futbolçusu ilə gücləndi

"Mançester Siti"nin yarımmüdafiəçisi Maksimo Perrone İtaliya klubo "Komo"ya keçib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İcarə müqaviləsi bir mövsümlükdür.

Argentinalı futbolçu 2022-ci ilin martında "şəhərlilər"in əsas komandasında debüt edib. O, ötən mövsümü icarə əsasında "Las Palmas"da keçirib və La Liqada 30 matçda iştirak edib.

Xatırladaq ki, “Komo”nun baş məşqçisi “Arsenal”, “Çelsi” və “Barselona”nın sabiq futbolçusu Sesk Fabreqasdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər