"Real"ı tərk edəcək futbolçuların adları bəllidi. Fanat.Az xəbər verir ki, "Kral Klubu"nun 5 futbolçu ilə yolları ayıracağı açıqlanıb.
Bu yay Pepe, Fabio Koentrao, Xames Rodriges, Alvaro Morata və Mariano Diaz komandanı tərk edəcək. Ediləcək transferlərə uyğun olaraq bu siyahı uzana bilər.
Bu futbolçular arasında ən dəyərlisi Xames Rodrigesdi. "Real" onu 2014-cü ildə "Monako"dan 75 milyon avroya alıb.
Alvaro Moratanı 2014-cü ildə "Yuventus"a 20 milyon avroya satan "Kral Klubu" 2 il sonra 30 milyona geri qaytarıb. Madrid təmsilçisi Pepenin "Portu"dan, Fabio Koentraonun "Benfika"dan alınmasına eyni məbləği xərcləyib. Mariano Diaz isə komandanın öz yetirmələrindəndi. Hazırda ona 5 milyon avro qiymət qoyulub.
Fanat.Az