42 yaşlı futbolçu dünyanı heyran etdi

42 yaşlı futbolçu dünyanı heyran etdi

Karyerasını Braziliyanın "Palmeyras" klubunda davam etdirən 42 yaşlı Ze Roberto performansı ilə özündən söz etdirir.

Fanat.Az xəbər verir ki, "Yaşıl qurd" ləqəbli futbolçu komandasının Libertadores Kubokunda "Atletiko Tukuman"ı 3:1 hesabı ilə yendiyi matçda vurduğu qolla alqış qazanıb.

Ze Roberto bundan əvvəl mövsümün sonunda karyerasını bitirəcəyini açıqlamışdı. Lakin onun hazırkı performansını görən azarkeşlər bu qərarından vaz keçirməyə çalışır.

Uzun illər Avropada top qovan Ze Roberto "Real", "Bavariya" və "Bayer"in formasını geyinib. O, Braziliya millisində 84 oyun keçirərək 6 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər