Suriyada İŞİD vəhşiliyi davam edir. Fanat.az xəbər verir ki, terror təşkilatı bu dəfə futbolçuları hədəfə alıb.
Belə ki, İŞİD-çilər Raqqa şəhərini təmsil edən "Əl-Şabab" klubunun 4 futbolçusunu edam ediblər. Silahlılar şəhərin mərkəzi Əl-Dəllə meydanında izdiham qarşısında dördü idmançı olmaqla beş nəfərin başını kəsiblər.
Qətlə yetirilən futbolçular bunlardı: Usama Əbu Küveyt, İhsan əl-Şaveykx, Nehad əl-Hussen və Əhməd Axavax.
Terrorçular futbolçuları kürd silahlı birləşmələrinə - ÜPG-yə casusluqda ittiham ediblər.




Fanat.az