4 argentinalı futbolçu Boliviyada öldü

4 argentinalı futbolçu Boliviyada öldü
Boliviyada baş verən avtobus qəzasında 4 argentinalı futbolçu həlak olub.
Fanat.Az Al Jazeera-yə istinadən xəbər verir ki, avtobus dağ yolundan uçuruma aşıb. Sieneqilyas ərazisində baş verən qəzada 13 nəfər ölüb, 20 nəfər yaralanıb.
 
Həlak olanların 4-ü, yaralıların isə 6-sı futbolçudur. Ölənlər Argentinanın "Sikles Klub Lavalye” həvəskar futbol komandasının oyunçuları olub. İdmançılar Sukre ərazisində baş tutacaq festivalda iştirak etmək üçün Boliviyaya səfər ediblər.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər