39 yaşlı Koul futbolçu karyerasını bərpa etdi

39 yaşlı Koul futbolçu karyerasını bərpa etdi
"Çelsi"nin və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Co Koul futbolçu karyerasını bərpa edib.
Fanat.Az xəbər verir ki, 39 yaşlı oyunçu İgiltərənin 11-ci liqasında çıxış edən "Belston"da top qovur.
O, artıq aprelin 10-da debüt matçına da çıxıb. "Herfild Yunayted"lə görüşdə forma geyinən Co 2:1 hesablı qələbəyə sevinib.
Veteran futbolçu bu barədə "Instagram"da iki cümlə yazıb: "Növbəti dəfə meydana çıxmaq üçün səbirsizlənirəm. Həyacandan butslarımı unutmayacağıma inanmaq istəyirəm".
Koul kareyrasının ən yaxşı dönəmlərini keçirdiyi "Çelsi" ilə yanaşı, "Koventri Siti", "Aston Villa", "Lill" və "Liverpulda"da çıxış edib. Eks milli üzvü son olaraq ABŞ-ın "Tampa-Bey Raudis" klubunda oynayandan sonra karyerasını bitirmişdi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər