"38 yaşlı futbolçunun 18 yaşlı bir gənc qədər uğura ac olmasını izah etmək çətindir"

"38 yaşlı futbolçunun 18 yaşlı bir gənc qədər uğura ac olmasını izah etmək çətindir"

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines millinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu haqda danışıb.

Fanat.Az xəbər verir ki, "A Bola" onun dediklərini belə çatdırıb: 

“38 yaşlı futbolçunun 18 yaşlı bir gənc qədər uğura ac olmasını izah etmək çətindir. Bu, paltardəyişmə otağında başqalarına da ötürdüyü bir gücdür. 

O, həmişə düzgün mövqedə olmağa çalışan, qol vurmağı sevən, eyni zamanda əla komanda intizamına malik futbolçudur. Ronaldu soyunub-geyinmə otağındakı digər oyunçular üçün örnəkdir". 

38 yaşlı Ronaldu AÇ-2024-ün seçmə mərhələsində 9 oyunda iştirak edib. Bu qarşılaşmalarda 10 qol vuran superulduz 1 məhsuldar ötürmə müəllifi də olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər