İslandiya futbolunun ən önəmli isimlərindən olan Eydur Qudyohnsen futboldan doymur. Fanat.az xəbər verir ki, forvard 37 yaşı olmsına rəğmən karyerasını davam etdirmək qərarına gəlib.
Avropanın bir sıra aparıcı klublarında çıxış etmiş Qudyohnsen son olaraq Çinin "Şiyiazuanq Ever Bright" klubunda top qovurdu. Asiyadan ayrılan islandiyalı futbolçu Avropaya qayıdıb və Norveçin "Molde" klubu ilə anlaşıb. O, Norveç təmsilçisi ilə müqavilə imzalayandan sonra 9 fərqli ölkədə 14 klubun formasını geyinmiş futbolçu olaraq tarixə düşəcək.
Qeyd edək ki, Qudyohnsen 8 ölkədə 14 klubun formasını geyinib. Belə ki, 37 yaşlı futbolçu İslandiya ("Valur", "Reykyavik"), Hollandiya (PSV), İngiltərə ("Bolton", "Çelsi", "Tottenhem", "Stok Siti", "Fulhem"), İspaniya ("Barselona"), Fransa ("Monako"), Yunanıstan (AEK), Belçika ("Serkl Brügge", "Brügge") və Çində ("Şiyiazuanq Ever Bright") oynayıb.
Fanat.az