37 yaşlı futbolçu Braziliya millisində

37 yaşlı futbolçu Braziliya millisində

Avqust ayında keçiriləcək Rio Yay Olimpiya Oyunları üçün Braziliya millisinin heyəti açqlanıb. Fanat.az xəbər verir ki, yığmanın baş məşqçisi Rojerio Mikale 18 futbolçuya dəvət göndərib.

Bununla "sambaçılar"ın heyətinə çağrılan 3 təcrübəli futbolçunun da adına aydınlıq gəlib. Bunlar "Barselona"dan Neymar, "Bavariya"dan Duqlas Kosta və "Palmeyras"ın 37 yaşlı qapıçısı Fernando Prassdı.

Qapıçılar: Fernando Prass (Palmeyras), Uilson (Atletiko Mineiro)

Müdafiəçilər: Marquinyos (PSJ), Luan (Vasko da Qama), Rodriqo Kaio (San Paulo), Zeka (Santos), Villiam (İnternasional), Duqlas Santos (Atletiko Mineiro)

Yarımmüdafiəçilər: Tiaqo Maia (Santos), Rodriqo Dourado (İnternasional), Fred (Şaxtyor, Donetsk), Rafinya (Barselona), Felipe Anderson (Latsio)

Hücumçular: Neymar (Barselona), Duqlas Kosta (Bavariya), Qabriel Xesus (Palmeyras), Qabriel Barbosa (Santos), Luan (Qremio)

Qeyd edək ki, Braziliya millisi sözügedən yarışın A qrupunda Cənubi Afrika, İrak və Danimarka yığmaları ilə mübarizə aparacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər