Mario Götze "Bavariya"dan gedir. Fanat.az xəbər verir ki, buna səbəb yeni baş məşqçi Karlo Ançelottinin onu istəməməsidi.
Belə ki, mövsüm başa çatan kimi Pep Qvardiola komandanı tərk edəcək və yerini Ançelotti tutacaq. İtalyan mütəxəssis işə başlamadan Mario ilə telefonla danışaraq onun gələcək planlarına daxil olmadığını bildirib. Artıq alman futbolçu başqa klublardan gələn təklifləri dəyərləndirməyi menecerinə tapşırıb.
Qeyd edək ki, Mario Götze 2013-cü ildə "Borussiya"dan (Dortmund) "Bavariya"ya 37 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 35 milyon avro qiyiət qoyub. 23 yaşlı yarımmüdafiəçi Münhen klubu ilə Almaniya çempionluğunu (3 dəfə), kubokunu (1), UEFA Super Kubokunu (1) və klublarası dünya çempionluğunu (1) qazanıb. O, cari mövsümdə cəmi 20 rəsmi oyuna çıxıb və 4 qol vurub.
Fanat.az