"Liverpul" "Real"ın futbolçusu Marko Asensio üçün yeni təklif hazırlayır.
Fanat.Az "OK Diario"ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu üçün 180 milyon avroluq təklifi "Kral Klubu" tərəfindən qəbul edilməyib. Amma "qırmızılar" geri çəkilmək niyyətində deyil. İngiltərə klubu tezliklə yeni təkliflə "Real"ın qapısını döyəcək.
Baş məşqçi Yurgen Kloppun sisteminə uyğun gələn gənc forvard Kriştiano Ronaldonun alternativi hesab olunsa da, hələ istinəlinə performansı sərgiləyə bilmir. O, cari mövsümdə oynadığı 19 oyunda cəmi 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Real" Asensionu 2015-ci ildə "Malyorka"dan 3,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 90 milyon avro qiymət qoyub.
Fanat.Az