PSJ Zlatan İbrahimoviçin maaşını artırıb. Fanat.az "Le Parisien" qəzetinə istinadən xəbər verir ki, isçevli forvardın aylıq maaşı 700 min avro (1 milyon 220 min manat) qalxıb.
Yanvar ayından etibarən İbra ayda 1,5 milyon avro (2 milyon 614 min manat) maaş alacaq. Bununla da onun illik qazancı 18 milyon avroya (31 milyon 377 min manat) yüksəlib.
Qeyd edək ki, Zlatan İbrahimoviç Fransada ən çox qazanan futbolçudu. Ölkənin ən çox maaş verən klubunun - PSJ-nin ən çox maaş alan futbolçularının siyahısı belədi:
Zlatan İbrahimoviç - 18 milyon avro (31 milyon 377 min manat)
Tyaqo Silva - 13 milyon avro (22 milyon 661 min manat)
David Luiz - 11,4 milyon avro (19 milyon 872 min manat)
Angel di Maria - 10,8 milyon avro (18 milyon 826 min manat)
Edinson Kavani - 9,6 milyon avro (16 milyon 734 min manat)
Fanat.az