31 yaşlı futbolçu intihar etdi

31 yaşlı futbolçu intihar etdi
Cənubi Koreyanın "Seul" klubunun futbolçusu Kim Nem-Çxono intihar edib.
Fanat.Az xəbər verir ki, 31 yaşlı müdafiəçinin cəsədi Seul şəhərindəki bir evin yaxınlığında aşkarlanıb. İlkin versiyaya görə, oyunçu intihar edib.
Qeyd edək ki, Kim Nem-Çxono 2013-cü ildən "Seul"da oynayıb. O, 2017/18 mövsümündə orduda xidmət etdiyi üçün "Sancu Sanmu" komandasının formasını geyinib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər