31 futbolçu, 44 qol, ardıcıl 3-cü “bürünc”

31 futbolçu, 44 qol, ardıcıl 3-cü “bürünc”
Topaz Premyer Liqasının 2015-2016-cı illər mövsümü başa çatıb. Fanat.az xəbər verir ki, mayın 20-də yekun vurulan çempionatda “Qəbələ” ardıcıl 3-cü dəfə mükafatçılar sırasına düşüb, bürünc medallara yiyələnib.
 
2015-ci il avqustun 9-da start götürən çempionat 285 gün davam edib və Roman Qriqorçukun yetirmələrinin 3-cü yeri tutması ilə nəticələnib. “Gabalafc.az” saytı bürünc mükafatla başa çatan mövsümün statistik göstəricilərini hazırlayıb. Həmin məlumatlarla sizi tanış edirik:
 
Futbolçular
- Topaz Premyer Liqasının 2015-2016-cı illər mövsümündə 31 futbolçu “Qəbələ”nin şərəfini qoruyub. 
- 16 oyunçu “Qəbələ”də cari mövsüm debüt edib. Bunlar Aleksey Antonov, Andrey Popoviç, Derlis Meza Kolli, Ehtiram Şahverdiyev, Ermin Zets, Fakundo Pereyra, Georgi Floresku, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Rəşad Eyyubov, Roman Hüseynov, Sergey Zenyov, Vadim Abdullayev, Vaqif Cavadov, Vitali Vernidub və Vojislav Stankoviçdir.
- Topaz Premyer Liqasının başa çatan mövsümündə “Qəbələ”nin heyətində ən çox oyun keçirən Aleksey Qaydır. O, cəza üzündən buraxdığı 1 turdan başqa bütün oyunlarda iştirak edib – 35 oyun. Aleksey Antonov 32, Arif Daşdəmirov 30 matçın iştirakçısı olub. Qay meydanda hamıdan çox – 3041 dəqiqə olub.
- Ümumilikdə 15 futbolçu oyunların ən azı yarısından çoxunda – minimum 19 qarşılaşmada meydana çıxıb.
- 6 futbolçu isə cəmi 1 oyunda iştirak edib. Bunlar David Pietrzkieviç, Ehtiram Şahverdiyev, Georgi Floresku, Murad Musayev, Pavel Paşayev və Vadim Abdullayevdir.
- 30 futbolçudan 3-ü qapıçıdır: Dmitri Bezotosnı, Andrey Popoviç və David Pietrzkieviç. Sonuncu 1, Popoviç 8, Bezotosnı isə 28 qarşılaşmada meydana çıxıb.
- Digər 28 futbolçu isə sahə oyunçularıdır.
- “Qəbələ”nin şərəfini qorumuş oyunçuların 17-si yerli, 14-ü legioner statusu daşıyır. 
- Yerli statusa malik futbolçulardan 4-ü – Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Andrey Popoviç milliləşən oyunçulardır. Onlardan sonuncu ikisi Ukrayna, digərləri Rusiyadandır.
- Digər 14 legioner isə 9 ölkəni təmsil edir. Ukrayna daha çox - 4, Braziliya 3, Rumıniya, Serbiya, Argentina, Polşa, Bosniya və Herseqovina, Estoniya, Paraqvay isə 1 legionerlə təmsil olunub.

1

2

3

4

5

6

Aleksey Qay

35

3041

10 (4/4)

6

0

Aleksey Antonov

32

1858

7

4

0

Arif Daşdəmirov

30

2428

1

4

0

Elvin Camalov

29

2610

0

8

0

Dmitri Bezotosnı

28

2437

-16 (2/2)

0

0

Rəşad Sadiqov

27

2021

1

4

1

Sergey Zenyov

26

1794

2

1

0

Samir Zərgərov

26

1519

3

4

0

Məhəmməd Mirzəbəyov

25

1749

0

4

0

Vojislav Stankoviç

24

2036

0

6

0

Ermin Zets

23

1502

7

8

0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər