Yaya Ture "Mançester Siti"dən ayrılacaq. Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun meneceri Dimitri Selyuk açıqlama verib.
Menecer Pep Qvardiolanın Çempionlar Liqasının sifariş ərizəsinə salmadığı arfikalı oyunçu ilə maraqlanan klubların adını açıqlayıb: "Mançester Yunayted" və "Arsenal" onunla maraqlanır. Amma hazırkı vəziyyətdə transfer imkansız görünür. Bundan başqa Çin, Türkiyə, İtaliya və ABŞ-dan da təkliflər var".
Qeyd edək ki, "Mançester Siti" Tureni 2010-cu ildə "Barselona"dan 30 milyona alıb. Hazırda "Transfermarkt" ona 16 milyon avro qiymət qoyub.
Fanat.Az