30 milyon avroluq futbolçu rəsmən "Qalatasaray"da

30 milyon avroluq futbolçu rəsmən "Qalatasaray"da
"Qalatasaray" "Fulhem"in futbolçusu Jan Mişel Serini heyətinə qatdığını açıqlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı 2019/20 mövsümünün sonunadək icarəyə götürülüb. "Qalatasaray" "Fulhem"ə 1.5 milyon avro icarə haqqı ödəyəcək. Anlaşmaya ?sas?n, Istanbul klubu 2020-ci ilin 1 iyununadək 18 milyon avro ödəyərək Serinin transfer hüququnu ala bilər.
Kot-D`İvuar millisinin 28 yaşlı yarımmüdafiəçisi üzvü bir il ərzində 2,8 milyon avro maaş alacaq. 
Qeyd edək ki, Seri 2018-ci ildə "Nitsa"dan "Fulhem"ə 30 milyon avroya transfer olunub. Ötən mövsüm 34 rəsmi oyuna çıxan futbolçu 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər