Qazaxıstan millisinin daha iki futbolçusuna hərbi xidmətə çağırış vərəqi göndərilib.
Baurjan İslamxan və Ulan Konısbayev ən qısa müddətdə hərbi komissarlığa getməlidilər. Bir-neçə gün bundan əvvəl oxşar tələblərlə Uralsk şəhərinin komendatlığı millinin qapıçısı Stanislav Pokatilova da çağırış göndərmişdi. Qəribədi ki, hər üç futbolçu hazırda millinin düşərgəsindədir və 3 gün bundan əvvəl Azərbaycana qarşı oyunda iştirak ediblər.
22 yaşlı İslamxana və ondan 4 yaş böyül Konısbayevə məhz indi çağırış vərəqəsi göndərilməsi Qazaxıstanda birmənalı qarşılanmır. İddialara görə, ölkə futboluna rəhbərlikdən kənarlaşdırılan müdafiə naziri Adilbek Jaksıbekov bu üsulla Qazaxıstan Futbol Federasiyasından öz qisasını alır.
Taraz şəhərinin hərbi komissarı Ermek Abdullayev yerli saytlara açıqlamasında bildirib ki, onların qeydiyyatda olduqları ünvanda heç kim yaşamır və onun əməkdaşları hər dəfə həmin ünvanlara yollansalar da onlarınü üzünə qapı açan olmur: "Biz onları 2015-ci ilin oktyabr ayından axtarırıq. Amma cəhdlərimiz faydasızdı. Qonşular bizə onların Almatıda olduqlarını bildiriblər. Elə bu səbəbdən də onlara çağırış vərəqəsini çatdıra bilmirik. Onlar təcili bizim komissarlığa gəlməli və həkim yoxlanışından keçməlidilər. Biz bilməliyik ki, onlar hərbi xidmətə yararlıdılar, ya yox. Çağırış vərəqəsi o demək deyil ki, onları dərhal hərbi hissəyə yollayacağıq. Bəlkə, onların himayəsində azyaşlı uşaqları, yaxud hamilə həyat yoldaşları var. Bu səbəblər də müəyyən müddətə möhlət hüququ verilməsinə səbəb ola bilər. Amma dediyim kimi, bütün bunları dəqiqləşdirmək üçün onlar komissarlığa gəlməyə borcludular. Nə qədər ki, tələblərimizi yetinə yetirməyiblər, onlardan əl çəkən deyilik. Ordudan xidmətdən imtina etsələr, onlar haqqında cinayət işi açılacaq. Bu halda onları 2 milyon təngə cərimə gözləyir".
Almatı şəhərinin hüquq-mühafizə orqanlarından qazax həmkarlarımızın sorğusuna cavab olaraq bildiriblər ki, onlarda bu barədə rəsmi məlumat var və futbolçuların tapılıb, komissarlığa təhvil verilməsi istiqamətində iş aparılır.
Xatırladaq ki, adı çəkilən futbolçular hazırda millinin heyətində Gürcüstandadılar və bu gün keçiriləcək Gürcüstan - Qazaxıstan oyununa hazırlaşırlar.(Sport7.az)
Fanat.az