"Mançester Yuntayted"in baş məşqçi postunda qalacağı rəsmiləşən Ole Qunnar Sulşer 3 gənc futbolçunun tranfserini istəyib.
Fanat.Az xəbər verir ki, norveçli mütəxəssis "Borussiya"dan (Dortmund) 19 yaşlı hücumçu Yadon Sanço, "Vest Hem"dən 20 yaşlı yarımmüdafiəçi Deslan Rise və "Kristal Palas"dan 21 yaşlı müdafiəçi Aaron Van-Bissakanın adını rəhbərliyə təqdim edib.
"Mançester Yunayted" bu futbolçuların alınması üçün 170 milyon funt-sterlinq (təxminən 200 milyon avro) ayırıb.
Qeyd edək ki, Yadon Sanço cari mövsümdə 35 (9 qol, 17 məhsuldar ötürmə), Deslan Rise 32 (2 qol, 1 məhsuldar ötürmə) və 31 (3 məhsuldar ötürmə) oyuna çıxıb.
Fanat.Az