29 yaşlı futbolçu dünyasını dəyişdi

29 yaşlı futbolçu dünyasını dəyişdi

Rusiyada 29 yaşlı futbolçu dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, "Spartak"ın keçmiş oyunçusu Aleksandr Kozlov vəfat edib.

Hücumçu qəfil dünyasını dəyişib. Həkimlər onda qan laxtalanması olduğunu güman edir.

2010-2016-cı illərdə "Spartak"ın şərəfini qoruyan Aleksandr Kozlov komandanın heyətində ümumilikdə 28 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

O, həmçinin "Tümen", "Ximki", "Tosno", "Fakel" və  Qazaxıstanın "Okjetpes" komandalarında da çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər