26 yaşlı futbolçu həyatını itirdi

26 yaşlı futbolçu həyatını itirdi

Rusiyanın futbol üzrə üçüncü divizionunun "Şeksna" komandasının futbolçusu həyatını itirib. 

Fanat.Az "SVPressa"ya istinadən xəbər verir ki, Voloqda vilayətində, Voloqda - Tixvin avtomobil magistralında qəza baş verib.

"Chevrolet Cruze" markalı avtomobil qarşıdan gələn zolağa çıxıb və yük maşını ilə toqquşub. Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Mərhumun "Şeksna"da çıxış edən 26 yaşlı futbolçu Vladislav Reşetov olduğu üzə çıxıb.

Faciə iyulun 4-də, səhər saatlarında baş verib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər