Qazaxıstanın "Kaysar" klubunun 25 oyunçusunda koronavirus aşkarlanıb.
Fanat.Az Sports.kz saytına istinadən xəbər verir ki, bu barədə "Kaysar"ın baş məşqçisi Stoyço Mladenov məlumat verib:
"Kaysar"ın 10 futbolçusunun koronavirus testinin nəticəsi pozitiv çıxıb. Gənclərdən ibarət komandamız - "Baykonur"u da nəzərə alsaq, COVID-19-a yoluxanların toplam sayının 25 olduğunu deyə bilərik. Mənim və məşqçilər korpusunun digər üzvlərinin, o cümlədən Aleksandr Kolevin analiz nəticələri neqativ çıxıb.
"Kaysar"ın matça çıxıb-çıxmayacağını bilmirik. Bugünkü məşqi ləğv etdik, yekun qərarı gözləyirik".
"Kaysar" iyulun 1-də Qazaxıstan Premyer Liqasının 3-cü turu çərçivəsində "Taraz"la qarşılaşmalıdı.
Fanat.Az