24 yaşlı futbolçu məşqdə vəfat etdi

24 yaşlı futbolçu məşqdə vəfat etdi

Boliviyanın “Real Santa-Kruz” klubu faciə ilə üzləşib.

Fanat.Az xəbər verir ki, komandanın hücumçusu Gilyermo Denis Beltran dünyasını dəyişib.

24 yaşlı forvard səhər məşqi zamanı yerə yıxılıb. Futbolçu xəstəxanaya çatdırılsa da, onun artıq vəfat etdiyi məlum olub. Kolumbiyalı hücumçu ürək çatışmazlığından dünyasını dəyişib.

Gilyermo Denis Beltran "Real Santa-Kruz"da 24 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər