22 yaşlı futbolçu 4-cü dəfə ilin ən yaxşı oyunçusu seçildi

22 yaşlı futbolçu 4-cü dəfə ilin ən yaxşı oyunçusu seçildi

Almaniyanın "Bayern Münhen" klubunun futbolçusu Alfonso Devis ölkəsində növbəti dəfə ilin ən yaxşı futbolçusu seçilib.

Fanat.Az xəbər verir ki, 22 yaşlı hücumçu karyerası ərzində 4-cü dəfə Kanadanın ən güclü oyunçusu elan edilib.

Qeyd edək ki, Kanadanın DÇ-2022-yə vəsiqə qazanmasında böyük pay sahibi olan Devis 36 ildən sonra mundiala qatılan ölkəsinin DÇ-dəki ilk qoluna da imza atıb. Yer aldıqları F qrupunda Xorvatiyanın qapısına yol tapan (1:4) Alfonso bu il "Bayern"lə Almaniya çempionluğunu bayram edib və ölkə Superkubokunu başı üzərinə qaldırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər