"Lester"in Portuqaliyanın "Sportinq" klubundan transfkr etdiyi Adrien Silva üçün FIFA-ya müraciəti qəbul edilməyib. Fanat.Az xəbər verir ki, buna səbəb klubun vaxtında müraciət etməməsi olub.
Belə ki, "Lester" 22 milyon avroya aldığı futbolçu üçün transfer pəncərəsi rəsmən bağlanandan 14 saniyə sonra müraciət edib. Lakin klubun müraciəti transfer sistemi tərəfindən qəbul edilməyib. Bundan sonra "Lester" FIFA-ya müraciət edib. Lakin ali futbol qurumu da Premyer Liqa təmsilçisinin müraciətinə mənfi cavab verib.
Beləliklə, 28 yaşlı futbolçu qış fasiləsinədək komandanın məşqlərində iştirak etsə də, rəsmi oyunlarda forma geyinə bilməyəcək.
Fanat.Az