21 yaşlı futbolçu üçün istənilən məbləğ hamını şoka saldı - 400 milyon avro...

21 yaşlı futbolçu üçün istənilən məbləğ hamını şoka saldı - 400 milyon avro...

Dortmund "Borussiya"sında çıxış edən Erlinq Halandın "Bayern"ə keçidi baş tutmayıb.

Fanat.Az Almaniyanın "Bild" nəşrinə istiandən xəbər verir ki, buna səbəb maliyyə məsələləri olub. Belə ki, norveçli futbolçunun meneceri Mino Rayolanın qoyduğu tələblər Münhen klubunun İdarə Heyətinin sədri Oliver Kanın transferdən imtina etməsi ilə nəticələnib.

"Bild"in məlumatına görə, bu keçid baş tutsaydı, "Bayern" təxminən 400 milyon avro xərcləməli idi. Belə ki, "Borussiya" ilə mövcud müqavilənin pozulması üçün münhenlilər 90 milyon avrodan keçməlidir. Futbolçu ilə 5 illik müqavilə imzalanmalı və ildə 50 milyon avro (ümumilikdə 250 milyon avro) ödənilməlidir. Bundan başqa "Bavariya" 40 milyon avro menecerə, 12,5 milyon avro isə məsləhətçi şirkətə verməlidir

Qeyd edək ki, "Borussiya" Halandı 2020-ci ildə "Zalsburq"dan 20 milyon avroya alıb. Hazırda "Transfermarkt" 21 yaşlı hücumçuya 130 milyon avro qiymət qoyub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər