21-ci əsrdə bunu bacaran ilk futbolçu oldu

21-ci əsrdə bunu bacaran ilk futbolçu oldu
"Çelsi"nin mövsümün əvvəlində "Valensiya"ya icarəyə verdiyi Miçi Batşuayi "Selta"ya vurduğu qolla tarixə düşüb.
Fanat.Az xəbər verir ki, belçikalı ulduz bununla XXI əsrdə Avropanın 4 böyük çempionatında (İngiltərə Premyer Liqası, Fransa Liqa 1-i, Almaniya Bundesliqası və İspaniya La Liqası) qol vuran ilk futbolçu olub.
Batşuayi karyerası ərzində "Standard" (Belçika), "Marsel" (Fransa), "Çelsi" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya) və "Valensiya"da (İspaniya) forma geyinib. Karyerası ərzində 5 klubda çıxış edən futbolçu indiyədək 104 qola imza atıb. O, "Böyük beşlik" ölkələrindən yalnız İtaliyada forma geyinməyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər