2022-ci ilin ən çox qol vuran futbolçuları

2022-ci ilin ən çox qol vuran futbolçuları

2022-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Fanat.Az xəbər verir ki, İFFHS-in tərtib etdiyi siyahıda milli komanda və qitə kuboklarında ən azı 8 qol vuran oyunçular yer alıb.

Siyahıya 17 qol vuran PSJ-nin hücumçusu Lionel Messi başçılıq edir. Argentina millisində 13 dəfə fərqlənən Messi PSJ-də 4 qol vurub.

Kilian Mbappe (Fransa, PSJ) ondan bir top geri qalır.

İlk üçlüyü Erlinq Haland (Norveç, “Mançester Siti”) qapayır. Norveçli forvardın hesabında 14 top var.

Yalnız 23 futbolçu 8 və ya daha çox qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər