Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi
Argentina millisinin sabiq futbolçusu Xavyer Maskerano karyerasını başa vurub.
 
Fanat.Az xəbər verir ki, bu barədə 36 yaşlı yarımmüdafiəçi "Goal" nəşrinə açıqlamasında deyib.
 
"Liverpul" və "Barselona" kimi klublarda parlaq çıxışları ilə yadda qalan Maskerano futbolla vidalaşmağın vaxtı çatdığını vurğulayıb: "Son aylarda baş verənləri nəzərə alsaq, bu, ən düzgün qərardır. Hər zaman meydanda var gücümü ortaya qoymuşam. Bu gün eyni şeyləri etməyin mənim üçün çətin olduğunu görürəm. Mənə yenidən oynamaq şansı verən "Estudiantes" klubuna hörmətsizlik etmək istəmirəm".
Qeyd edək ki, Argentina yığmasında 140-dan çox oyun keçirmiş Maskerano 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının gümüş medallarını qazanıb. O, həmçinin millinin heyətində 2 dəfə olimpiadanın qalibi olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər