Millimizin futbolçusu cəzalı duruma düşdü

Millimizin futbolçusu cəzalı duruma düşdü
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov klubu "Albasete”nin növbəti oyununu buraxacaq.
 
Fanat.Az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin La Liqa2-nin XI turunda "Leqanes”lə matçda sarı vərəqə almasıdır.
 
Cari mövsümdə 5-ci dəfə sarı vərəqə ilə cəzalandırılan orta sahə oyunçusu bununla cəzalı duruma düşüb. O, noyabrın 14-də "Luqo”ya qarşı keçiriləcək növbəti tur görüşündə komandasına kömək edə bilməyəcək.
 
Qeyd edək ki, "Leqanes”lə evdə qolsuz bərabərə qalan "Albasete” hazırda 10 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər