20 yaşlı futbolçu Bundesliqada tarix yazdı

20 yaşlı futbolçu Bundesliqada tarix yazdı
"Bayer"in hücumameyilli yarımmüdafiəçisi Kay Haverts Bundesliqanın 29-cu turu çərçivəsində "Frayburq"la oynanılan matçda (1:0) komandanın yeganə qolunun müəllifi olub.
Fanat.Az xəbər verir ki, bu, 20 yaşlı futbolçunun Almaniya çempionatında 35-ci qoludu. Beləliklə, Haverts 21 yaşadək futbolçular arasında Bundesliqa tarixinin ən yaxşı qolçusu ünvanını ələ keçirib.
İkinci sırada "Şalke"nin sabiq hücumçusu Klaus Fişer (34 qol) qərarlaşıb. "Köln"ün keçmiş forvardı Diter Müller (32 qol) üçüncüdü.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər