Daha bir futbolçu koronavirusa qalib gəldi

Daha bir futbolçu koronavirusa qalib gəldi
"Atalanta"nın qolkiperi Marko Sportyello koronavirusdan tam sağalıb.
Fanat Az xəbər verir ki, bu barədə "Atalanta"nın mətbuat xidməti məlumat yayıb. Sportyello Berqamo klubunun heyətində koronavirusa yoluxan ilk oyunçu idi. Martın 20-də 27 yaşlı qapıçının testi müsbət çıxmışdı.
Sportyellonun ikinci analizi mənfi nəticə göstərsə də, üçüncü testin cavabı pozitiv olmuşdu.
İtaliyalı qolkiper cari mövsümdə 4 matçda meydana çıxıb və qapısında 6 qol görüb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər