Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi
Argentina millisinin sabiq üzvü Esekyel Lavessi karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, 34 yaşlı hücumçu bu barədə "Instagram" səhifəsində yazıb. Onun sonuncu klubu Çin təmsilçisi "Hebey Çayna Forçun" olub.
Qeyd edək ki, Lavessi karyerasına Argentinanın "Estudiantes" klubunda başlayıb. Ardınca "San Lorenso"da oynayıb. 2007-ci ildə İtaliyanın "Napoli" klubu onu 5.6 milyon avroya alaraq 5 il sonra 30 milyona PSJ-yə satıb. 2016-cı ildə isə futbolçu Çinə üz tutub. O, 2008-ci ildə Argentina millisi ilə Yay Olimpiya Oyunlarının qalibi adını qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər