Milli komandamıza daha bir futbolçu çağırıldı

Milli komandamıza daha bir futbolçu çağırıldı
Bakıda təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət olunub. 
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, "Neftçi”nin müdafiəçisi Rəhman Daşdəmirov U-21-in hazırlığına qoşulub.
Qeyd edək ki, martın 16-dan 26-dək hazırlıq keçəcək yığmamız  bu müddətdə "Səbail” və  MOİK-lə yoxlama oyunları keçirəcək.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər