İki ulduz futbolçu "Real"dan gedir

İki ulduz futbolçu "Real"dan gedir
Mövsümün sonunda iki ulduz futbolçu "Real"ı tərk edəcək.
Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, Marselo və İsko yayda "Kral Klubu"ndan göndəriləcək. "Real" rəhbərliyi bu futboçuları sataraq yeni transferlər üçün qaynaq yaratmağa çalışacaq.
Hər iki futbolçu son dövrlər heyətdəki yerini itirib. İsko baş məşqçis Santyaqo Solari ilə yerə getmir. Marselonun isə rejimə əməl etmədiyi və artıq çəkidən əziyyət çəkdiyi bildirilir.
Onların xidmətində Kriştiano Ronaldonu transfer edən "Yuventus"un maraqlı olduğu bildirilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər