Argentinalı futbolçu karyerasını bitirdi

Argentinalı futbolçu karyerasını bitirdi
Argentina yığmasının sabiq müdafiəçisi Nikolas Burdisso karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu barədə özü məlumat verib. 
 
O, "Instagram” hesabında "Futbolçu karyeramı başa vurmağın zamanı yetişdi. Bu səyahət müddətində məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm”, yazıb. 
 
Qeyd edək ki, 37 yaşlı müdafiəçi peşəkar karyerasına 1999-cu ildə yetirməsi olduğu "Boka Xuniors”da başlayıb. 2004-cü ildən "İnter", 2009-2014-cü illərdə "Roma”da çıxış edib. Nikolasın son iş yeri 2017/18 mövsümündə şərəfini qoruduğu "Torino” olub. Argentina yığmasında 49 oyun keçirən Burdisso 2 qola imza atıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər