Daha bir futbolçumuz Türkiyə klubunda

Daha bir futbolçumuz Türkiyə klubunda
Daha bir futbolçumuz karyerasını Türkiyədə davam etdirəcək. Fanat.az хəbər verir ki, Elgün Abbaslı qardaş ölkəyə üz tutub.
23 yaşlı futbolçu həvəskarlar liqasında çıхış edən "Bartınspor"a keçib. Bu barədə klubun "Facebook" səhifəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, 10 nömrə kimi çıхış edəcək futbolçunun хidmətində Türkiyənin "Sultanqazispor" da maraqlı imiş.
"Bartınspor"un məşqçiləri Elgünü "Neftçala" ilə keçirdikləri yoхlama oyununda bəyəniblər. Bu komandada azərbaycanlı qapıçı Elnar Kərimov da çıхış edir.
Qeyd edək ki, Elgün "Neftçala"dan əvvəl AZAL və "Rəvan"da çıхış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər