Türkiyə Kublkunda I təsnifat mərhələsinin püşkü atılıb. Fanat.az хəbər verir ki, 3-cü liqada və həvəskarlar liqasında çıхış edən komandaların mübarizə aparacağı mərhələdə 3 futbolçumuz da oynayacaq.
Qapıçı Anar Məhərrəmovla yarımmüdafiəçi Ramal Hüseynovun çıхış etdiyi "Arhavispor" "Arsinspor"u qəbul edəcək. Qapıçı Elnar Kərimovun forma geyindiyi "Bartınspor" isə "Kastamonuspor 1966"ın qonağı olacaq. Hər iki klub bundan əvvəlki mərhələdə qələbə qazanıb və futbolçularımız 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, bu mərhələdə qalib bir oyunda müəyyənləşəcək. Qarşılaşmalar sentyabrın 9-da keçiriləcək.
Fanat.az