"Liverpul" İspaniya La Liqasından futbolçu bəyənib.
Fanat.Az xəbər verir ki, söhbət "Selta"da çıxış edən Qabri Veyqadan gedir.
Məlumatı ispaniyalı jurnalist Manu Sayns yayıb.
Ancaq 20 yaşlı yarımmüdafiəçinin transferi elə də asan olmayacaq. Belə ki, Veyqanın xidmətində "Arsenal", "Mançester Siti" və "Nyukasl" kimi klublar da maraqlıdır.
O da qeyd olunur ki, əgər "Real Madrid" Cud Bellinemin keçidi reallaşdıra bilməsə, Veyqanı onun mövqeyinə almağı planlaşdırır.
Röya