"Ayntraxt”ın futbolçusu Luka Yoviç Bundesliqanın tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, "Fortuna”nı 7:1 hesabı ilə məğlub etdikləri görüşdə 5 qol vuran serbiyalı ilklərə imza atıb.
20 yaşlı futbolçu yarışın tarixində "penta-trik" müəllifi olan ən gənc, eyni zamanda "Ayntraxt”ın heyətində bir oyuna 5 qol vuran ilk futbolçu olub.
Yoviç Bundesliqada eyni matçda 3 və daha çox qol vuran ilk serbiyalı kimi də adını tarixə yazdırıb.
Bundesliqada sonuncu "penta-trik" 2015-ci il sentyabrın 22-də qeydə alınmışdı. Həmin gün Robert Levandovski "Bavariya”nın heyətində"Volfsburq”un qapısından 9 dəqiqəyə 5 qol keçirmişdi.
Fanat.Az