2 il 8 ay komada qalan futbolçu ayılıb

2 il 8 ay komada qalan futbolçu ayılıb
2 il 8 ay komada olan "Ayaks”ın futbolçusu Abdelhak Nuri ayılıb.
Fanat.Az xəbər verir ki, bunu Niderland mətbuatına açıqlamasında gənc futbolçunun qardaşı deyib. O, iki ildən artıq komada qalan Nurinin tədricən özünə gəldiyini bildirib:
"Qardaşım daha komada deyil, asqırır, qaşları ilə bizə işarə edir və yemək yeyir. Ancaq hələ yataqdan qalxa bilmir”.
2017-ci ilin iyulunda "Verder”lə sınaq matçında Abdelhak Nurinin ürək ritmi pozulub. 22 yaşlı niderlandlı yarımmüdafiəçiyə 20 dəqiqə ürək masajı edilib. Daha sonra helikopterlə xəstəxanaya aparılan futbolçunun beynində ciddi problem olduğu müəyyənləşib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər