19 yaşlı futbolçuya 75 milyon avro qiymət qoyuldu

19 yaşlı futbolçuya 75 milyon avro qiymət qoyuldu
Dormund "Borussiya"sından "Zalsburq"a transfer olunan Erlinq Holandın müqaviləsinin detalları açıqlanıb.
Fanat.Az xəbər verir ki, Almaniya klubu 19 yaşlı hücumçuya 75 milyon avro transfer qiyməti qoyub. Holandın atası və meneceri oyunçunun qiymətinin 50 milyon və ya aşağı olmasını istəyib. Ancaq Bundesliqa təmsilçisi bunu qəbul etməyib.
Qeyd edək ki, Erlin Holand "Borussiya"ya 20 milyon avroya transfer olunub və 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb. O cari mövsümün ilk yarısında "Zalsburq"da keçirdiyi 22 oyunda 28 qol vurub və 7 məhsuldar ötürmə edib. 19 yaşlı forvard "Borussiya"da keçirdiyi ilk 2 matçda 5 qola imza atıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər