19 yaşlı futbolçu dinə görə karyerasını başa vurdu

19 yaşlı futbolçu dinə görə karyerasını başa vurdu

İngiltərənin "Şeffild Uensdey" klubunun futbolçusu Jeremi Helan dinlə məşğul olmaqdan ötrü karyerasını başa vurub. 

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Fransanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq yarımmüdafiəçisi bu qərarı 24 yaşında qəbul edib.

Dini əqidəcə müsəlman sayılan Helan Səudiyyə Ərəbistanına yollanaraq, ibadətlə məşğul olmaq niyyətindədir.

Qeyd edək ki, Jeremi Helan 2009-cu ildə "Renn" akademiyasından "Mançester Siti" akademiyasına keçib və o vaxtdan icarə əsasında "Karlayl Yunayted", "Şrusberi" və "Vulverhempton" kimi klublarda da forma geyinib. "Şefffild Uensdey"in səhmlərinə 2 il öncə azərbaycanlı iş adamı Hafiz Məmmədov sahib çıxmaq istəsə də, anlaşma onun lazımi məbləğdə vəsaiti ödəyə bilməməsi üzündən gerçəkləşməyib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər