"Monako" "Mançester Yunayted"in Kilian Mbappe üçün təklifini qəbul etməyib. Fanat.Az xəbər verir ki, bu barədə italyan jurnalist Canluca Di Marzio məlumat yayıb.
Onun sözlərinə görə, "Mançester Yunayted" 18 yaşlı futbolçu üçün "Monako"ya 85 milyon avro təklif edib. Lakin Knyazlıq klubu bu məbləğlə razılaşmayıb. Bildirilir ki, "Monako" onu ən azı bir mövsüm komandada saxladıqdan sonra 120-140 milyon avroya satacaq.
Fanat.Az