"Tottenhem" Osman Dembeleyə elçi düşüb. Fanat.az xəbər verir ki, İngiltərə klubu "Renn"də forma geyinən 18 yaşlı forvardı yayda heyətinə qatmaq istəyir.
"Tottenhem" "Arsenal", "Barselona" və "Bavariya"nın da hədəfində olan gənc futbolçunu əldən qaçırmamaq üçün indiyədən danışıqlara başlayıb. Premyer Liqa təmsmilçisi bu futbolçuya görə "Renn"ə 30 milyon avro təklif edib.
Qeyd edək ki, Dembele "Renn"in yetirməsidi. 2015-ci ildə əsas komandaya yüksələn 18 yaşlı forvard cari mövsümdə 24 rəsmi oyuna çıxıb və 12 qol vurub.
Fanat.az