18 yaşlı futbolçu oyun zamanı öldü

18 yaşlı futbolçu oyun zamanı öldü
Rusiyada gənclərdən ibarət "Znamya Truda" komandasının futbolçusu Nikita Sidorov oyun zamanı ölüb.
Fanat.Az xəbər verir ki, 18 yaşlı oyunçunun səhhəti Orexovo-Zuyevo şəhərindəki "Torpedo" stadionunda keçirilmiş qarşılaşmanın gedişində pisləşib. Nəticədə o, yerindəcə keçinib. Klubdan ölümün ilkin səbəbi kimi beyin damarının partlaması olduğu bildirilib.
2020-ci ilin iyulunda da "Znamya Truda"nın məşqində xoşagəlməz hadisə baş verib. Gənc qapıçı İvan Zabrovskini ildırım vurub. Nəticədə o, xəstəxanaya yerləşdirilib və bir neçə günlük müalicədən sonra evinə buraxılıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər