Macarıstanın "Andraşid" klubunun futbolçusu Viktor Marsel ölüb.
Fanat.Az xəbər verir ki, gənc futbolçu məşq zamanı qazona yıxılaraq huşunu itirib.
Stadiona gələn təcili tibbi yardımın həkimləri əlindən gələni etsə də, oyunçunu xilas etmək mümkün olmayıb.
Mətbuata danışan klub prezidenti Zoltan Soos gənc futbolçunun yaxınlarına başsağlığı verib:
"Komanda yoldaşları və məşqçi dərhal gənc oyunçuya yardıma atıldılar, onu sabit vəziyyətə gətirməyə çalışdılar. Onlar təcili yardım xidmətinin rəhbərliyi altında ürəyin və defibrilyatorun masajından istifadə edərək, reanimasiyaya başladılar. Viktor Marsel Heqedyusun simasında biz istedadlı oyunçunu, komanda yoldaşımızı və dostumuzu itirdik. Onun yoxluğunu qəbul etmək yalnız ailəsi yox, "Andraşid"in bütün üzvləri üçün çətin olacaq. Doğmalarına başsağlığımızı ifadə edirik!”
Fanat.Az