17 yaşlı futbolçu faciəli şəkildə öldü

17 yaşlı futbolçu faciəli şəkildə öldü

Türkiyənin Nevşehir rayonunda yaşanan faciədə gənc futbolçu həyatını itirib.

Sport7.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nevşehirdən Göreyə gedən yolda avtomobillə motosiklet toqquşub. Qəzada motosikletin sürücüsü 17 yaşlı Emre Çakır ağır yaralanıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Sonradan məlum olub ki, Çakır Nevşehirin yerli futbol komandasının üzvü imiş.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər