17 oyuna 1 qol vuran futbolçunu 62 milyona satmadılar

17 oyuna 1 qol vuran futbolçunu 62 milyona satmadılar

İngiltərənin "Brayton" klubu yarımmüdafiəçisi Moyses Kaysedonu "Çelsi"yə satmaqdan imtina edib.

Fanat.Az xəbər verir ki, informasiyanı " The Athletic" yayıb.

Xəbərə görə, "zadəganlar" 21 yaşlı Kaysedoya görə qarşı tərəfə 62 milyon avro ödəməyə hazır olsalar da, "Brayton" bossları bu məbləğin çox az olduğunu bildiriblər. Mənbə "qağayılar"ın gənc və istedadlı oyunçunu bu qış ümumiyyətlə satmaq niyyətində olmadıqlarını da vurğulayıb.

Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında 17 matça çıxan Moyses 1 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər