Hindistanın "Camşedpur" klubunda çıxış edən Qurav Mukinin yaşı böyük qalmaqala səbəb olub.
Fanat.Az xəbər verir ki, özünü 16 yaşında təqdim edən və Hindistan Super Liqasının tarixinə ən gənc oyunçu kimi düşən futbolçunun saxtakarlığı üzə çıxıb.
Məlum olub ki, onun əslində 28 yaşı var. Aparılan araşdırmalardan sonra həqiqi yaşı sübut olunan Qurav Mukhi yaşını saxtalaşdırdığına görə 6 ay futboldan kənarlaşdırılıb.
Fanat.Az